Məxfilik siyasəti
DIP | Rəqəmsal Dəvətnamə rəqəmsal dəvətnamələr hazırlayır. Bu səhifə hansı məlumatları topladığımızı, onlardan nə üçün istifadə etdiyimizi və necə qoruduğumuzu sadə dillə izah edir.
Bu siyasət nəyə aiddir
Bu siyasət saytımıza, yaratdığımız dəvətnamə səhifələrinə və onlardakı cavab (RSVP) formasına aiddir.
Dəvətnaməni sifariş edən şəxs (ev sahibi) qonaq siyahısına özü qərar verir: kimi dəvət edəcəyini və hansı sualları soruşacağını o seçir. Biz qonaqların məlumatlarını yalnız ev sahibinin tapşırığı ilə və yalnız dəvətnamə xidməti üçün işləyirik.
Hansı məlumatları toplayırıq
- Ev sahibindən: dəvətnamədə görünən məlumatlar — adlar, tarix, məkan, proqram və mətnlər, yüklənən foto və musiqi; sifarişlə bağlı bizimlə yazışma.
- Qonaq siyahısı (ev sahibi verir): qonağa necə müraciət olunur, yer sayı, dil, qrup və istəyə görə telefon nömrəsi. Telefon yalnız şəxsi linki qonağa göndərmək üçündür.
- Cavab formasından: gəlib-gəlməyəcəyiniz, adınız və formada soruşulan digər məlumatlar — nəfər sayı, qonaqların adları, menyu seçimi, mesaj, telefon və ya e-poçt.
- Şəxsi linkdə dəvətnaməni ilk dəfə nə vaxt açdığınız qeyd olunur ki, ev sahibi onun çatdığını bilsin.
Cookie, statistika və texniki məlumat
- Reklam və izləmə cookie-si, eləcə də kənar analitika və reklam skripti istifadə etmirik.
- Yalnız ümumi linkdən cavab verdikdə brauzerinizdə bir cookie saxlanılır ki, sonra cavabınızı dəyişə biləsiniz. Onun müddəti 1 ildir.
- Statistika yalnız gündəlik ümumi saylardır (məsələn, dəvətnamə neçə dəfə açılıb). Kim olduğunuz barədə — IP, cookie, cihaz — heç nə saxlanmır.
- IP ünvanınız yalnız saytı spamdan və həddindən artıq cəhdlərdən qorumaq üçün qısa müddət saxlanılır və adətən bir gün ərzində silinir.
- Hostinq təminatçımız texniki server jurnallarını (IP ünvanı, sorğunun vaxtı) öz qaydaları ilə qısa müddət saxlaya bilər.
Məlumatlardan nə üçün istifadə edirik
- Dəvətnaməni göstərmək və qonağı adı ilə salamlamaq.
- Cavabları ev sahibinə çatdırmaq: idarəetmə paneli, Excel/CSV faylı və ya yalnız oxunan nəticə linki ilə.
- Saytı spamdan və hücumlardan qorumaq.
- Sifarişinizlə bağlı sizinlə əlaqə saxlamaq.
Məlumatları satmırıq, reklam üçün istifadə etmirik və aşağıda adı çəkilən xidmət təminatçılarından başqa heç kimə ötürmürük.
Məlumatları kim görür
- Cavabınızı yalnız ev sahibi, onun nəticə linkini paylaşdığı yaxınları və DIP | Rəqəmsal Dəvətnamə komandası görür. Digər qonaqlar görmür.
- Dəvətnamə linkini ev sahibi kimə göndərsə, o açır. Şəxsi qonaq linkləri axtarış sistemlərində heç vaxt görünmür; ümumi dəvətnamə də ev sahibi ayrıca icazə verməsə indekslənmir.
Harada saxlanılır və necə qorunur
- Baza və fayllar Supabase-də, sayt isə Vercel-də yerləşir; hər ikisinin serverləri İrlandiyadadır (Avropa İttifaqı). Onlar məlumatları yalnız bizim adımıza saxlayır.
- Bütün bağlantılar HTTPS ilə şifrələnir; bazaya bağlantı yoxlanılmış TLS ilə qurulur.
- Foto və musiqi gizli yaddaşda saxlanılır; orijinal fayllar heç vaxt açıq verilmir.
- Şəxsi qonaq linkləri təsadüfi və təxmin edilməzdir. İdarəetmə paneli iki addımlı təsdiqlə qorunur.
- Qonaq linkləri tədbir günü saat 20:00-da avtomatik bağlanır.
Nə qədər saxlayırıq
Dəvətnamə, qonaq siyahısı və cavablar xidmət üçün lazım olduğu müddətdə saxlanılır. Ev sahibi istəsə, dəvətnaməni, qonaq siyahısını, cavabları, foto və musiqini 30 gün ərzində həmişəlik silirik.
Hüquqlarınız
Azərbaycan Respublikasının „Fərdi məlumatlar haqqında“ Qanununa uyğun olaraq, haqqınızda hansı məlumatların saxlandığını öyrənə, onları düzəltdirə, silinməsini istəyə və işlənməsinə etiraz edə bilərsiniz.
Qonaqlar cavabını link açıq olduqca həmin linkdən dəyişə bilər. Cavabın silinməsi üçün ev sahibinə və ya bizə yazın. Müraciətlərə 30 gün ərzində cavab veririk.
Uşaqlar
Xidmətimiz böyüklər üçündür: uşaq tədbirlərinin dəvətnamələrini valideynlər sifariş edir. Uşaqlardan birbaşa məlumat toplamırıq.
Dəyişikliklər
Bu siyasəti yeniləyə bilərik. Son dəyişikliyin tarixi səhifənin yuxarısında göstərilir.
Bizimlə əlaqə
Məlumatlarınızla bağlı sual və ya xahişiniz varsa, bizə yazın: